Elnur Rəsuloğlu (Əliyev)


Yalandan Tanrıya üz tutur hər gün,

Yalançının andı, amanı varmış.

Habil möcüzədir anlayan üçün,

İnləyən, inlədən kamanı varmış.

Ümid sonda ölür, gəl, bir az düşün,

“Suda boğulanın samanı varmış”.

Cadugər yurdudur dünya büsbütün,

Sehrbaz ovsunçusu, şamanı varmış.

Vaxt gələr başından düz çıxar tüstün,

İnsanın yaxşısı, yamanı varmış.

Kim isə kimsədən deyildir üstün,

Hər şeyin vədəsi, zamanı varmış.