Qəlbi əsir qadınlar

Məhəbbətdən süzülən hər sətirdə,
Neçə könül parçalanıb, İlahi?
Neçə qızın arzuları puç olub,
Neçə ürək alovlanıb, İlahi?

Şərt deyil ki, Kərəm kimi yanalar,
Neçə Əsli külə dönüb diriykən.
Əsir olub yad ocaqda, yad evdə,
Ürəyində çoxdan ölüb diriykən.

Gözlərinin qarasından itibdir,
Nə məhəbbət, nə sevginin dadı yox.
Evlənib məcburi gəlin köçübsə,
Bu həyatın başqa heç cür adı yox.

Əsirliyi yaşayacaq yad evdə,
Söz haqqı da olmayacaq zamanla.
Nuru sönmüş o gözlərə baxaraq,
Bacarırsan dərdlərini gəl anla.

Anla nələr çəkdiyini bu yaşda,
Parçalanmış ürəyinə tikiş vur.
Sil gözündən damla-damla yaşları,
Bacarırsan qarşısında möhkəm dur.

Esmira Günəş
29.05.2020


 

Card image cap